Goranboyda “VAZ”, Ağcabədidə “Opel” yanıb

Goranboyda “VAZ”, Ağcabədidə “Opel” yanıb
  09 Noyabr 2018    Oxunub:2683
Goranboy rayonunun Xanqərvənd kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər məlumata görə, Ağcabədi rayonunun Göyük kəndində "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti