Oğlanı videoya çəkib şantaj etdilər

Oğlanı videoya çəkib şantaj etdilər
  09 Noyabr 2018    Oxunub:2001
Göygöl sakinini sosial şəbəkədə videosunu yayacağı ilə hədələyib pul tələb edən şəxs saxlanılıb.
DİN -in Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Göygöl rayon sakini E.Məmmədov naməlum şəxsin onu videoya çəkərək sosial şəbəkədə yayacağı ilə hədələyib 50 manatını aldığını bildirib.

Məlumatla əlaqədar əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyən ediblər. Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti