Naxçıvanda külli miqdarda narkotik məhv edilib

  10 Noyabr 2018    Oxunub : 1764
Naxçıvanda külli miqdarda narkotik məhv edilib
Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomaniyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
Azvision.az xəbər verir ki, komissiyanın üzvləri tərəfindən Naxçıvan MuxtarRespublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin 18 iyul, 19 iyul, 6 avqust, 29 avqust və 30 avqust 2018-ci il tarixli hökmləri, Naxçıvan Şəhər Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmü və 10 sentyabr 2018-ci il tarixli qərarı, Şərur Rayon Məhkəməsinin 23 yanvar və 6 iyul 2018-ci il tarixli qərarları, Ordubad Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2 qərarı, Culfa Rayon Məhkəməsinin 17 may, 24 avqust 2018-ci il tarixli hökmləri
və 28 avqust, 2 oktyabr 2018-ci il tarixli qərarlarına əsasən, ümumilikdə, 15 iş üzrə ayrıca bağlamalarda saxlanılan ümumi çəkisi 104 kiloqram 782 qram 67 milliqram olan heroin, 14 qram 542 milliqram qurudulmuş marixuana, 15 milliqram həşiş qatranı narkotik vasitələri, 164 qram 227 milliqram metamfetamin və 95 ədəd (89+6) “Tramadol” psixotrop maddələri naturada üzləşdirilib, bağlılığı, açılmadığı,möhürlərin yerində olduğu müəyyənləşdirilib.

Sonra həmin maddələr Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən qazanxanada yandırılmaqla məhv edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov iştirak edib.

Azvision.az

Teqlər: Narkotik   Məhvetmə   Naxçıvan