Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
  10 Noyabr 2018    Oxunub:2654
Paytaxtda yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də 40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınan “Ford Transit” markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Qəza   DİN  





Xəbər lenti