Qəza törədən sürücü qıcolmadan öldü

Qəza törədən sürücü qıcolmadan öldü
  10 Noyabr 2018    Oxunub:2784
Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, ötən gün saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Faiq Kərimovun və Ağsu rayon sakini Qalib İdayətovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Bu zaman avtomobildən düşmüş F.Kərimov əsəbləşərək səs-küy saldığından onu qıcolma tutub və xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti