Göyçayda ikimərtəbəli evdə yanğın olub

Göyçayda ikimərtəbəli evdə yanğın olub
  10 Noyabr 2018    Oxunub:2824
Göyçay rayonunda yanğın qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Hacalıkənd kəndində ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində mətbəxin tavanı 12 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 3 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti