Lənkəranda kəndləri su basıb, 63 nəfər xilas edilib - Yenilənib

Lənkəranda kəndləri su basıb, 63 nəfər xilas edilib -  Yenilənib
  12 Noyabr 2018    Oxunub:4162
Bu gün səhər saatlarından başlayaraq Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində Sağlaküçə, Türkəkəran, Bürcəli və Narbağı kəndlərində bəzi ərazilər yağış suları ilə dolub.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası qeyd olunan ərazilərə cəlb olunub.

Həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 63 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Lənkəran  





Xəbər lenti