Həftəsonu 199 cinayət törədilib - 38 nəfər tutulub

 Həftəsonu 199 cinayət törədilib -  38 nəfər tutulub
  12 Noyabr 2018    Oxunub:2322
Ötən həftənin sonu respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 199 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 7 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti