Daha bir qəza ölümə səbəb oldu

Daha bir qəza ölümə səbəb oldu
  12 Noyabr 2018    Oxunub:4777
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 11-də saat 20 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Şuşa şəhər sakini Anar Cabbarov idarə etdiyi “Kia” markalı avtomobili yol ayrıcısına vurub və nəticədə hadisə yerində ölüb.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti