Bakıda silahlı insident: Yaralı var

Bakıda silahlı insident: Yaralı var
  12 Noyabr 2018    Oxunub:2938
Noyabrın 10-da saat 4 radələrində Nəsimi rayonu ərazisində Ağdam rayon sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elnur Əliyev xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə paytaxt sakini Namiq Cəfərova xəsarət yetirib hadisə yerini tərk edib.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, N.Cəfərov xəstəxanaya yerləşdirilib.

Nəsimi RPİ 20-ci PB keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev saxlanılıb və ondan 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-17” markalı tüfəng götürülüb.

Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti