Azay Quliyev 17 min tələbənin məsələsini qaldırdı
Bu haqda Azərbaycan Respublikasının qardaş Türkiyə Cümhuriyyətindəki səfirliyinin Təhsil Müşavirliyinin rəsmi facebook səhifəsində məlumat verilib. Məlumatda bildirilir ki, hər zaman tələbələrimizə diqqət göstərən, cənab Azay Quliyev bu dəfə də onların problemlərinə ciddi yanaşaraq, Türkiyədə təhsil alan tələbələrimizin (79 vilayətdə 17.000-dən çox tələbə) TC Miqrasiya Baş İdarəsi ilə bağlı qarşılaşdıqları problemləri TC Daxili İşlər naziri cənab Süleyman Soylunun diqqətinə çatdırıb. Görüşün nəticəsində cənab S. Soylu qeyd olunan məsələ ilə bağlı TR Miqrasiya Baş İdarəsinin rəisi cənab Abdullah Ayaza göstəriş verib.
“Azərbaycanın gələcəyi olan gənclərimizə göstərmiş olduğu sevgiyə görə cənab Azay Quliyevə Türkiyədə təhsil alan tələbələrimiz adından təşəkkür edirik”,- deyə qeyd olunan məlumatda tələbələrə qarşılaşdıqları problemlərlə bağlı Müşavirliyə məlumat vermələri istənilib.
Teqlər: Azay-Quliyev