Köməksiz qalan azyaşlı xilas edildi

Köməksiz qalan azyaşlı xilas edildi
  13 Noyabr 2018    Oxunub:2458
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti