Ağcabədidə 74 yaşlı qadın yanaraq ölüb

Ağcabədidə 74 yaşlı qadın yanaraq ölüb
  13 Noyabr 2018    Oxunub:2903
Ağcabədidə yanğın qeydə alınıb.
FHN-dən Azvision.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 72 m², qamışdan ibarət birmərtəbəli 3 otaqlı yaşayış olan tikili yanıb.

Yanğının kəşfiyyatı zamanı 1944-cü il təvəllüdlü Ələmşahova Şərəfnisə Xasay qızının meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti