Əkin sahəsindən 4 kq heroin tapılıb

Əkin sahəsindən 4 kq heroin tapılıb
  13 Noyabr 2018    Oxunub:2922
Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini E.Əsgərov Rayon Polis Şöbəsinə müraciət edərək kəndin ərazisində ona məxsus pay torpaq sahəsini şumlatdırarkən içərisində narkotik vasitə olmasını ehtimal etdiyi 9 ədəd bağlama tapdığını bildirib.
DİN-dən Azvision.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı həmin bağlamanın içərisində 4 kiloqram 960 qram heroin, 895 qram tiryək və 198,339 qram metamfetamin aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Heroin  





Xəbər lenti