"Nəsimi bazar"ı sökülür - VİDEO

 "Nəsimi bazar"ı sökülür  -  VİDEO
  14 Noyabr 2018    Oxunub:3941
Bakıda məşhur "Nəsimi bazar"ı söküləcək. Hazırda 80-ə yaxın satıcının çalışdığı bazarın sökülməsi işlərinə gələn ilin əvvəlindən başlanılacaq.
Bazarın ərazisi "Pilot layihə"yə salınıb. Layihəni icra edən tikinti şirkətindən "Xəzər Xəbər"ə bildirilib ki, "Nəsimi bazar"nın yerində 18 mərtəbəli yaşayış binası tikiləcək. Artıq bazar rəhbərliyi ilə də danışıqlara başlanılıb. Söküntü işlərinə isə gələn ilin əvvələrində start veriləcək. Yaşayış binasının ilk 3 mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərəcək. Həm bazarda çalışan satıcılar, həm də bazar rəhbərliyi isə deyir ki, onlara söküntü ilə bağlı heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı Nəsimi rayon icra başçısının müavini Qurban İsmayılov bildirib ki, "Nəsimi bazarı"nın söküləcəyi ilə bağlı xəbərlər doğrudur. Ərazidə olan həm yaşayış evləri, həm də bazar şəhərin memarlıq üslubuna uyğun gəlmir. Buna görə də yaşayış evlərinin bir çoxu sökülərək yerində çoxmərtəbəli binaların tikintisinə başlanılır.

Bazarda fəaliyyət göstərən satıcıların aqibətinə gəldikdə isə, Qurban İsmayılov deyib ki, bu məsələ bazar rəhbərliyi ilə tikinti şirkəti arasında tənzimlənən bir məsələdir.



Azvision.az



Teqlər: Bazar  





Xəbər lenti