Daşkəsəndə dəhşətli yanğın: 5 nəfər ölüb, 4-ü uşaqdır

  Daşkəsəndə dəhşətli yanğın:  5 nəfər ölüb, 4-ü uşaqdır
  14 Noyabr 2018    Oxunub:4033
Noyabrın 14-də saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ikimərtəbəli, 3 otaqlı, ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirilib ki, hadisə nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri - 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızı ölüb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az



Teqlər: Daşkəsən   Yanğın  





Xəbər lenti