“Karvan” yenə yandı: 60 nəfər təxliyə edildi

“Karvan” yenə yandı:  60 nəfər təxliyə edildi
  14 Noyabr 2018    Oxunub:4028
Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb.
FHN-dən Azvision.az-a verilən məlumata görə, hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti