5 nəfərin öldüyü yanğınla bağlı rəsmi məlumat

5 nəfərin öldüyü yanğınla bağlı  rəsmi məlumat
  14 Noyabr 2018    Oxunub:2906
Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsən rayonunun Quşçu qəsəbəsində beş nəfərin ölümünə səbəb olan yanğınla bağlı məlumat yayıb.
FHN-dən Azvision.az-a bildirilib ki, hadisə nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli üçotaqlı ev və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb. Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının meyitləri aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti