Köməksiz qalan iki azyaşlı xilas edilib

Köməksiz qalan iki azyaşlı xilas edilib
  15 Noyabr 2018    Oxunub:2901
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti