Bakı sakini qəbir qazdığı vaxt ölüb

  16 Noyabr 2018    Oxunub : 1880
Bakı sakini qəbir qazdığı vaxt ölüb
Bakıda qəbirqazan kişi məzarlıqda ölüb. Hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Qəsəbə ərazisindəki "Seyidlər" qəbiristanlığında Qənbər Mirsaqulu oğlu Rzayev qəbir qazan zaman özünü pis hiss edib.

Yanındakı şəxslərə özünü pis hiss etdiyini deyən Q.Rzayev bir neçə dəqiqə sonra ölüb. Meyit müayinə olunub və üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Trend)

Azvision.az

Teqlər: Maştağa   Qəbir