Qaradağda yanğın, bir nəfər xilas edilib

Qaradağda yanğın, bir nəfər xilas edilib
  16 Noyabr 2018    Oxunub:2640
Qaradağda 4 otaqlı evdə yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə və ona bitişik ümumi sahəsi 300 m² olan ikimərtəbəli 12 otaqlı evin pəncərəsi və dam örtüyü 1 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xilas olunub. Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər:





Xəbər lenti