Gürcüstan vətəndaşları gömrükdə narkotiklə tutulub

Gürcüstan vətəndaşları gömrükdə narkotiklə tutulub
  16 Noyabr 2018    Oxunub:3252
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb.
Azvision.az DGK-ya istinadən xəbər verir ki, saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkar edilib.

Belə ki, Jvarsheıshvılı Gıvı Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən, ümumi çəkisi 3 qram, Janıashvılı Vakhtang Piruzoviçə məxsus nəqliyyat vasitəsinin salonundakı, cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə, ümumi çəkisi 7 qram olan narkotik vasitə - marixuana aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Narkotik  





Xəbər lenti