Beş maşından oğrluq edən şəxslər tutuldu

Beş maşından oğrluq edən şəxslər tutuldu
  16 Noyabr 2018    Oxunub:3129
Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 14-nə keçən gecə rayon ərazisində “Hyundai”, “Mercedes” və “Baic” markalı 3 avtomobildən mobil telefonlar, içərisində pul, sənədlər olan çanta və pulqabı oğurlamaqda, həmçinin “Nissan” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəsul Ağazadə saxlanılıb.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakıxanov qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrinin birində qəsəbə sakini R.Paşayevin mobil telefonunu, həmçinin qəsəbə ərazisində şirkətlərin birinə məxsus “Hyundai” markalı avtomobildən mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Mahmudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilib. Faktlarla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti