Xızıda heyvan oğruları saxlanıldı

Xızıda heyvan oğruları saxlanıldı
  16 Noyabr 2018    Oxunub:3475
Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağdərə kəndi yaxınlığında yerləşən fermaların birindən 29 baş iri buynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 30.000 manata qədər maddi ziyan vuran iki şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az-a verilən məlumata görə, araşdırmalarla onların Abşeron rayonu Ceyranbatan qəsəbə sakinləri Xətai Ələkbərli və Vicay Təhməzov olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf edərək, iri buynuzlu heyvanları satmaq məqsədi üçün oğurladıqlarını bildiriblər. Oğurlanmış 29 baş iri buynuzlu heyvan maddi sübut kimi polis əməkdaşları tərəfindən aşkar edilərək zərərçəkmişə qaytarılıb.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti