Bu günə yağış gözlənilir

 Bu günə yağış gözlənilir
  17 Noyabr 2018    Oxunub:2787
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Noyabrın 17-18-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və iqlim normasına yaxın temperatur rejimi gözlənilir. Bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azvision.az



Teqlər: ETSN   Yağış  





Xəbər lenti