Dövlət sərhəddini keçənlər üçün xüsusi bukletlər hazırlanıb

Dövlət sərhəddini keçənlər üçün xüsusi bukletlər hazırlanıb
  17 Noyabr 2018    Oxunub:1353
Dövlət Gömrük Komitəsi (DGK) dövlət sərhəddini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb.
Azvision.az xəbər verir ki, bunu DGK-nın texnoloji innovasiyalar və statistika baş idarəsi rəisinin müavini Azər Abasov deyib.

A.Abasovun sözlərinə görə, bukletlərdə ölkəyə idxal olunan mallar 4 növə ayrılır: "Birinci qrupa güzəştli qaydada keçirilən mallar, ikinci qrupa yazılı formada bəyan edilməli olan mallar, üçüncü qrupa mülki dövriyyəsi məhdudlaşdırılmış mallar və sonuncu 4-cü kateqoriyaya isə mülki dövriyyəsi qadağan olunmuş mallar daxildir. Burada bütün mallar haqqında ətraflı məlumat verilib. Həmçinin bukletlərdə QR kod yerləşdirilib ki, gömrük yoxlamasından keçən şəxslər mobil telefonda olan oxuyucular vasitəsi ilə oxutdura bilərlər".

DGK rəsmisi deyib ki, həmin bukletlər üçün xüsusi köşklər hazırlanır: "Həmin köşklərdə həm bizim bukletlər, həm də digər dövlət qurumlarının məlumatlandırıcı sənədləri yerləşdiriləcək. Hazırda layihə pilot mərhələsindədir və tezliklə icra ediləcək".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti