Bakıda restoranda yanğın: 20 nəfər təxliyyə edilib

 Bakıda restoranda yanğın:  20 nəfər təxliyyə edilib
  17 Noyabr 2018    Oxunub:3394
Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli binanın (1-ci mərtəbəsi restoran, 2-ci mərtəbəsi otel kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsində restoranın tüstü borusunun içərində yağ qalıqları 12 p.m və dam örtüyündə tüstü bacasının ətrafı 3 m² sahədə yanıb.
FHN-dən Azvision.az-a daxil olan məlumata görə, yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti