Yolu keçən qadını maşın vurub öldürdü

Yolu keçən qadını maşın vurub öldürdü
  17 Noyabr 2018    Oxunub:3090
Noyabrın 16-da saat 17 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini İlhamə İslamova vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti