Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Ölən və yaralılar var

Azərbaycanlılar Rusiyada qəzaya düşdü:  Ölən və yaralılar var
  17 Noyabr 2018    Oxunub:5292
Rusiyada Rostov-Stavropol avtomobil yolununun 197-ci kilometrliyində ağır qəza baş verib.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cümə günü axşam saatlarında "Ford Mondeo" markalı avtomobil içərisində Azərbaycan vətəndaşları olan "Mercedes Vito" ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan qadın sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Qəza   Rusiya  





Xəbər lenti