BNA-dan 160 nömrəli avtobusla bağlı videoya münasibət

BNA-dan 160 nömrəli avtobusla bağlı videoya münasibət
  18 Noyabr 2018    Oxunub:4686
Ötən gün sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xətti üzrə dövlət qeyddiyyat nişanı 99 JZ 232 olan sərnişin avtobusunun Binə qəsəbəsində dəmir yol keçidi qarşısında dayanması və slaqbaumun avtobusun üzərində olması ilə bağlı video yayılıb.
Azvision.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələyə münasibət bildirib.

BNA rəsmisi deyib ki, əksər sosial şəbəkə iştirakçıları və videonu çəkən şəxslər avtobusun sürücüsü Mahmudov Nicat Bəhram oğlunun dəmir yol keçidində xəbərdarlıqlara məhəl qoymayaraq son anda dayandığını ehtimal edirlər.

"Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və ciddi araşdırılıb. Müəyyən edilib ki, 17.11.2018 tarxində gündüz saatlarında 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobus dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və işıqfor işləməyib (qırmızı işığı yanmayıb). Buna baxmayaraq, sürücü qatarın gəldiyini bilərək avtobusu dayandırıb. Təqdim edilən video görüntüdən də aydın bilinir ki, slaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb. Yəni avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun banının üstündə olmazdı. Video görüntünü paylaşan və izləyən şəxslər diqqətlə baxsalar, özləri də əslində məsələnin necə olduğunu anlayacaqlar"-, deyə M.Ağayev vurğulayıb.

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti