Köməksiz qalan 3 azyaşlı xilas edildi

  18 Noyabr 2018    Oxunub : 1549
Köməksiz qalan 3 azyaşlı xilas edildi
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində ayrı-ayrı ünvanlarda 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN