STP fəhlənin ölüm xəbərini təkzib etdi

STP fəhlənin ölüm xəbərini təkzib etdi
  19 Noyabr 2018    Oxunub:2133
17 noyabr 2018-ci il tarixdə bir neçə media qurumu Quluzadə Fərhad Mətləb oğlunun Sumqayıt Texnologiyalar Parkının zavodlarının birində hündürlükdən yıxılaraq həlak olması barədə məlumat yayıb.
STP-dən Azvision.az-a verilən xəbərə görə, qeyd edilən şəxs Sumqayıt Texnologiyalar Parkında işləmir:

"Ümumiyyətlə Zavod ərazisində hər hansı bir səbəbdən ölüm və ya qəza hadisəsi baş verməyib. Gələcəkdə Sumqayıt Texnologiyalar Parkı ilə bağlı məlumatlar yazarkən dəqiqləşdirmə aparmaq üçün +994123100110 -1921 nömrəsi ilə əlaqə saxlamağınızı xahiş edirik".

Azvision.az


Teqlər: STP   Fəhlə  





Xəbər lenti