5 maddə ilə axtarışda olan şəxs tutuldu

5 maddə ilə axtarışda olan şəxs tutuldu
  19 Noyabr 2018    Oxunub:3258
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məclləsinin 32-ci (iştirakçılığın növləri), 312-ci (rüşvət vermə), 206-cı (qaçaqmalçılıq), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 334-cü (fərarilik) maddələri ilə axtarışda olan İqbal Həsənov saxlanılaraq istintaqa cəlb edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti