Bakıda avtobus 3 maşını əzdi: Sürücü öldü

  19 Noyabr 2018    Oxunub : 1609
Bakıda avtobus 3 maşını əzdi: Sürücü öldü
Noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.
DİN-dən Azvision.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən avtobusun sürücüsü noyabrın 18-də orada ölüb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza