Bakıda yaşayış binasında yanğın olub

  19 Noyabr 2018    Oxunub : 1079
Bakıda yaşayış binasında yanğın olub
Paytaxtda yanğın hadisəsi baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin hamam otağında lambirdən ibarət tavan və əşyalar 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın