Partlayışda yaralanan oğlanın vəziyyəti ağırdır

  20 Noyabr 2018    Oxunub : 1438
Partlayışda yaralanan oğlanın vəziyyəti ağırdır
Gəncədə baş verən partlayış zamanı dağıntılar altında qalaraq xəsarət alan 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Bu barədə Azvision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Elvin Hacıyev məlumat verib. O, bildirib ki, hazırda yaralının vəziyyəti ağır stabildir.

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin apardığı axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Gəncə   Partlayış