İran vətəndaşı gömrükdə heroinlə tutuldu

  20 Noyabr 2018    Oxunub : 1291
İran vətəndaşı gömrükdə heroinlə tutuldu
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İran İslam Respublikasından gələn bu ölkənin vətəndaşı Khajouy Eskandiani Farzandeh Mohammad Sadeghi saxlanılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az-a verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı onun üzərində qanunla qadağan edilmiş predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı İran vətəndaşının düz bağırsağında 7 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 190 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb. Faktla bağla araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK   Narkotik