Gəncədəki partlayışda ölənlərin adları açıqlandı - FOTO (Yenilənib)

Gəncədəki partlayışda ölənlərin adları açıqlandı -  FOTO (Yenilənib)
  20 Noyabr 2018    Oxunub:15663
Gəncədə baş verən partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb.

Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.



***
Gəncədə baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Bu barədə Azvision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, dağıntılar altından bir qadının və onun 21 yaşlı oğlunun cəsədi çıxarılıb. Hələlik kimliyi açıqlanmayan qadının müəllim olduğu bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin apardığı axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti