Ər qəza törətdi, arvadı öldü

  20 Noyabr 2018    Oxunub : 1433
Ər qəza törətdi, arvadı öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-nin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, noyabrın 19-da saat 23 radələrində Qaradağ rayonu ərazisində - Kənar dairəvi yolda Bakı şəhər sakini Sabir Vəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Zaur Əliyevin idarə etdiyi “DAF” markalı avtomobilin qoşqusuna vurub.

Nəticədə S.Vəliyevin sərnişini, arvadı Gülgəz hadisə yerində ölüb. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza