Bakı sakini həmyerlisini bıçaqlayıb

Bakı sakini həmyerlisini bıçaqlayıb
  20 Noyabr 2018    Oxunub:2839
Noyabrın 19-da saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Bayram Orucov müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  



Xəbər lenti