Narkotik alverçisi 2 kq marixuana ilə tutuldu

  20 Noyabr 2018    Oxunub : 1496
Narkotik alverçisi 2 kq marixuana ilə tutuldu
Şəmkir şəhərində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında rayon ərazisində keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gədəbəy rayon sakini Vüsal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 12 qramdan artıq marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Şəmkir şəhərindəki evindən isə əlavə olaraq çəkisi 2 kiloqram 156 qrama yaxın marixuana da götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik