Bir gündə 5 piyadanı maşın vurub öldürüb

  20 Noyabr 2018    Oxunub : 1700
 Bir gündə 5 piyadanı maşın vurub öldürüb
Noyabın 19-da saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Cəlilabad rayon sakini Şahin Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Maral Bədəlovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
DİN-nin mətbuat xidmətindən -a verilən məlumata görə, noyabrın 19-da saat 21 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakini Valeh Qasımov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini Seymur İsayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Anoloji hadisə Salyan rayonunun Çuxanlı kəndi ərazisində baş verib. Belə ki, Salyan rayonunun Çuxanlı kəndi ərazisində rayon sakini Vaqif Tağıyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Şirvan şəhər sakini Rövşən Abdullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa noyabrın 19-da saat 18 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Kamil Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zülfü Mustafanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Eyni zamanda noyabrın 19-da saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Mahir Əmirov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Fikrət Şahbazovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Bütün faktlarla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza