Ayaqqabısında heroin gizlətdi

Ayaqqabısında heroin gizlətdi
  20 Noyabr 2018    Oxunub:2688
İran İslam Respublikasından qayıdan Azərbaycan vətəndaşı Əhmədov Vüsal Əhməd oğlu özünü şübhəli və narahat apardığı üçün Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda saxlanılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az-a verilən xəbərə görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun ayaqqabısının hər iki tayında - tərliyinin altında gömrük nəzarətindən gizlədilmiş, cəmi 2 ədəd bükümdə qablaşdırma ilə birgə, ümumi çəkisi 33 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb. Faktla bağla araşdırma aparılır.


Azvision.az


Teqlər: DGK   Heroin  





Xəbər lenti