Bakıda yanğın, 4 nəfər təxliyə edilib

Bakıda yanğın, 4 nəfər təxliyə edilib
  21 Noyabr 2018    Oxunub:1958
Bakıda 2 otaqlı mənzildə yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 kv.m olan 2 otaqlı mənzilin eyvanında qaz sobası yanıb. Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti