Göyçayda ağır yol qəzası - 5 nəfər yaralanıb (FOTO)

Göyçayda ağır yol qəzası -  5 nəfər yaralanıb (FOTO)
  21 Noyabr 2018    Oxunub:5825
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün günorta saatlarında Göyçay-Ucar yolunun 8-ci kilometrində, rayonun Mallı-Şıxlı kəndi ərazisində qeydə alınıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, ilkin məlumata görə, Göyçay rayon sakinləri Məğrur Piriyevin idarə etdiyi 23 BH 993 nömrəli “Hundai” və Asif İsmayılovun idarə etdiyi 20 DP 517 nömrəli “Opel” markalı avtomobillər toqquşub. Qəzada beş nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə əlaqədar rayon polis şöbəsində araşdırma aparılır.



Azvision.az



Teqlər: Göyçay   Qəza  





Xəbər lenti