Bakıda 38 yaşlı kişi itkin düşüb

Bakıda 38 yaşlı kişi itkin düşüb
  22 Noyabr 2018    Oxunub:2884
Bakıda daha bir nəfər itkin düşüb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Sadıqcan küçəsi, ev 15, mənzil 45-də baş verib. Həmin ünvanda yaşayan Axundov Cəlal Urxan oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə eyni ünvanda yaşayan qardaşı Axundov Ramiz Urxan oğlu noyabrın 17-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Polis  





Xəbər lenti