Meşə yanğınlarında ölü sayı artıb

Meşə yanğınlarında ölü sayı artıb
  22 Noyabr 2018    Oxunub:2740
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Byut dairəsinin şerifi Kori Honi bildirib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 653 nəfər itkin düşüb.

Xatırladaq ki, Kaliforniyada meşə yanğınları 8 noyabrdan başlayıb və indiyədək ştat tarixində ən böyük yanğına çevrilib. Təbii fəlakət artıq 8800-dən çox infrastrukturu dağıdıb, 52 mindən çox insan təxliyə olunub. 250 min sakin isə öz evini tərk etmək məcburiyyətində qalıb.

Azvision.az



Teqlər: Meşə   Yanğın   ABŞ  





Xəbər lenti