137 cinayət törədilib, 17-si “isti izlər”lə açılıb

 137 cinayət törədilib,  17-si “isti izlər”lə açılıb
  22 Noyabr 2018    Oxunub:2933
Noyabrı ayının 21-dən 22-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 137 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti