Xaçmazda ağır qəza: Ölən var

Xaçmazda ağır qəza:  Ölən var
  22 Noyabr 2018    Oxunub:4891
Noyabrın 21-də saat 16 radələrində Xaçmaz rayonunun 4-cü Şöbə kəndinin ərazisində rayon sakini Feyruz Soltanov idarə etdiyi “VAZ-2112” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, nəticədə sürücü və sərnişini Etimad Əzizov xəstəxanaya yerləşdiriliblər. E.Əzizov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  



Xəbər lenti