Qaçırdığı maşınla qəzaya düşdü

Qaçırdığı maşınla qəzaya düşdü
  22 Noyabr 2018    Oxunub:4108
Noyabrın 21-də Şəki şəhəri ərazisindən Çələbixan qəsəbə sakini Taleh Hüseynova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla nəqliyyat vasitəsinin şəhər sakini Təbriz Eyvazov tərəfindən qaçırılması və idarə edərkən onu yol kənarındakı ağaca vurması müəyyən edilib.

T.Eyvazov xəstəxanaya yerləşdirilib. ŞRPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti